logo

DÇ-2022: Bu gün 1/8 fianl mərhələsinə yekun vurulacaq

09:19 06-12-2022 | icon 3171
DÇ-2022: Bu gün 1/8 fianl mərhələsinə yekun vurulacaq

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsinə bu gün yekun vurulacaq.

YeniAvropa xəbər verir ki,, günün ilk matçında Mərakeş millisi İspaniya ilə üz-üzə gələcək. Argentinadan olan FIFA referisi Fernando Rapallini idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Portuqaliya seçməsi İsveçrə millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi meksikalı Sesar Arturo Ramos olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.