logo

Moskva heç bir qiymət həddini tanımayacaq-Dmitri Peskov

16:13 05-12-2022 | icon 1197
Moskva heç bir qiymət həddini tanımayacaq-Dmitri Peskov

Avropa İttifaqının Rusiya neftinin tədarükünə embarqo qoyması və qiymət limitinin tətbiqinə hazırlaşmasına baxmayaraq, Moskva “heç bir qiymət həddini tanımayacaq”.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Qərar hazırlanır. Biz heç bir qiymət tavanını qəbul etməyəcəyik”, - deyə Dmitri Peskov Aİ-nin qərarına Moskvanın reaksiyası ilə bağlı suala cavab verərkən bildirib.

Bu qərarın heç nəyi dəyişməyəcəyi barədə ABŞ-ın bəyanatlarına münasibət bildirən Kreml nümayəndəsi hər şeyin dəyişəcəyini və bunun dünya enerji bazarlarında sabitliyin pozulmasına gətirib çıxaracağını vurğulayıb.

Rusiya neftinin Avropa İttifaqına dəniz yolu ilə tədarükünə qoyulan embarqo dekabrın 5-də qüvvəyə minir. Aİ ölkələri dekabrın 2-də dəniz yolu ilə tədarük olunan Rusiya neftinin barreli üçün 60 dollarlıq qiymət limiti barədə də razılığa gəlib. Analoji qərar G7 ölkələri və Avstraliya tərəfindən də qəbul edilib.