logo

İranda etirazçıları dəstəkləyən iki məşhur aktrisa prokurorluğa çağırılıb

15:55 05-12-2022 | icon 2030
İranda etirazçıları dəstəkləyən iki məşhur aktrisa prokurorluğa çağırılıb

İranda etiraz aksiyalarının iştirakçılarını dəstəkləyən iki məşhur aktrisa baş prokurorluğa çağırılıb.

YeniAvropa xəbər verir ki, İranın kino ulduzları sayılan Elnaz Şakərdost və Sadiqə Dehqan sosial şəbəkədə yazdıqları statusa görə prokurorluğa çağırılıblar. İranın məhkəmə hakimiyyətinin rəhbəri Möhsün Ajayi vilayət və şəhər prokurorlarına xüsusi təlimat verərək aksiyalar barədə sosial şəbəkələrdə yalan yazan şəxslərin cəzalandırılmasını tələb edib. Təlimata əsasən, statusu yazan bu hadisəni sübuta yetirən sənədlər təqdim etməlidir. Əgər belə sənəd təqdim edilməsə, həmin statusu yazan şəxs İrana qarşı yalan təbliğat apardığına görə məsuliyyətə cəlb olunacaq.

Əslində isə hər iki aktrisa xalqın tələbinə dəstək verdikləri üçün prokurorluğa çağırılıb və onlardan izahat alınıb.

Bundan əvvəl də İranın tanınmış mədəniyyət və kino xadimləri, idmançıları da prokurorluğa çağırılıb. Onlara xəbərdarlıq edilib, bəziləri 5 günlük həbs cəzasına məhkum olunub.