logo

“Azəri-Çıraq-Günəşli”dən bu il 9,1 milyard dollar gəlir əldə edilib

15:15 05-12-2022 | icon 1911
“Azəri-Çıraq-Günəşli”dən bu il 9,1 milyard dollar gəlir əldə edilib

Cari ilin on bir ayında “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 161 milyon ABŞ dolları gəlir əldə edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Neft Fondundan bildirilib.

Qeyd edilib ki, on bir ayda “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 357 milyon dollar gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.