logo

Şimali Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq-Əhməd Obalı

10:30 05-12-2022 | icon 1134
Şimali Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq-Əhməd Obalı

Cənubi Azərbaycanın fəalı kimi hər zaman Şimali Azərbaycanın qələbəsini istəmişik. İnanmışıq ki, Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq. Uzun müddətdir Araz çayına gələ bilmirdim. Xudafərin körpüsünə gələnə qədər ərazilərdə vandalizmin şahidi oldum. İran hərbçiləri körpünün digər hissəsinə gəlməyə icazə vermirdilər.

 YeniAvropa xəbər verir ki, bu fikirləri dekabrın 5-də Mətbuat Şurasında keçirilən görüşdə Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.

1992-ci ildən bu yana Şimali Azərbaycanın enişli-yoxuşlu yollar keçdiyini diqqətə çatdıran Əhməd Obalı Şuşanın işğaldan azad olunmasını indiki kimi xatırladığını vurğulayıb.