logo

Fərid Qayıbov yenidən Avropa Gimnastika Birliyinin prezidenti seçilib

13:53 03-12-2022 | icon 4046
Fərid Qayıbov yenidən Avropa Gimnastika Birliyinin prezidenti seçilib

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastika Birliyinin prezidenti postunda qalıb.

YeniAvropa Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Portuqaliyada keçirilən 29-cu konqresdə F.Qayıbov səs çoxluğu ilə yenidən qurumun prezidenti seçilib.

Qeyd edək ki, F.Qayıbov Avropa Gimnastika Birliyinə 2017-ci ildən rəhbərlik edir.