logo

G7 ölkələri Rusiya neftinə 60 $ qiymət qoyub

11:11 03-12-2022 | icon 9086
G7 ölkələri Rusiya neftinə 60 $ qiymət qoyub

"Böyük Yeddilər"(G7) ölkələri və Avstraliya dənizlə daşınan Rusiya mənşəli neftin bareli üçün maksimum 60 dollar səviyyəsində qiymət həddinin tətbiqinə dair razılığa gəliblər.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin cümə günü yaydığı birgə bəyanatda deyilir.

Bəyanatda qeyd edilir edir ki, Rusiya neftinin qiymətinə məhdudiyyət “dekabrın 5-i və ya tezliklə” qüvvəyə minəcək. Qiymət həddi siyasətinin tətbiqi qaydalarının daha ətraflı detalları yaxın vaxtlarda iştirakçı ölkələr tərəfindən dərc olunacaq. Məhdudiyyətlərdən mümkün yankeçmə və yayınma hallarının qarşısını almağa yönələn zəruri tədbirlər lazımi qaydada öyrəniləcək.

Sazişin iştirakçısı olan ölkələr “qiymət tavanının effektivliyini və təsirini diqqətlə izləmək” niyyətində olduqlarını bildiriblər. “Biz lazım gəldiyi təqdirdə maksimum qiyməti nəzərdən keçirməyə və düzəliş etməyə hazır olacağıq”, - deyə bəyanatda vurğulanır.