logo

Ramiz Rzayev Hakimlərin X Ümumrusiya Qurultayında iştirak edib

10:50 02-12-2022 | icon 1400
Ramiz Rzayev Hakimlərin X Ümumrusiya Qurultayında iştirak edib

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada Hakimlərin X Ümumrusiya Qurultayında və Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibətilə keçirilmiş tədbirdə iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Kreml sarayında təşkil olunan tədbirin birinci günündə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Xarici ölkələrin Ali məhkəmələrinin sədrlərinin iştirak etdikləri Hakimlərin X Ümumrusiya Qurultayında çıxışlar dinlənilib, müxtəlif mövzularda müzakirələr aparılıb.

Dekabrın 1-də isə Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində, həmçinin ikitərəfli görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.