logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

10:30 02-12-2022 | icon 1449
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 38 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan  26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.