Bakıda İnnovasiya Sammiti keçiriləcək
Dekabrın 13-də Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçiriləcək.
YeniAvropa xəbər verir ki, “Bakı dünyaya səslənir!” şüarı ilə keçirilən tədbir “PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutacaq. “Kapital Bank” isə sammitin baş sponsorudur.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiyayönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Sammit zamanı ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq. Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa keçmək istəyən hər kəs qatıla bilər. Tədbir barədə daha ətraflı məlumatı https://innovationsummit.az saytından əldə etmək olar.
Qeyd edək ki, bilet satışlarından əldə olunacaq gəlir regionlarda yaşayan və təhsil alan gənclərin, həmçinin region əhalisinin innovasiya və ümumi təşəbbüskarlıq mövzuları ilə əlaqəli sahələrin inkişafı üçün ayrılacaq.
“Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “https://kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün — “https://kbl.az/krdt”, Birbank kartı sifarişi üçün — “https://kbl.az/tkstcrd”.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir