Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Dekabrın 1-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və noyabrın 30-da bu ölkənin parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi, Milli Assambleyanın bu qətnaməsinin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib.
Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.
Fransanın bir sıra digər addımları kimi, bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.
Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.
Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.
Müvəqqəti işlər vəkili Jülyen Lö Lan bir müddət əvvəl Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul edilmiş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.
Əfv Komissiyasında 100-dən artıq müraciətə baxılıb
Lavrov Bayramovla Laçın dəhlizindəki vəziyyəti müzakirə edib
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib
FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cinayət məsuliyyəti müəyyənləşib
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün Azərbaycanda 444 doza vaksin vurulub
Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub
İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq
Tarif Şurasının iclası keçirilib
Ötən il Azərbaycanda 322,3 min ton pambıq yığılıb
Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır
Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb
Sabahdan banklardakı əmanətlər vergiyə cəlb olunacaq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür
İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX
Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi azalacaq