logo

Azərbaycan-Pakistan hərbi əməkdaşlığ müzakirə edilib

17:47 01-12-2022 | icon 1197
Azərbaycan-Pakistan hərbi əməkdaşlığ müzakirə edilib

Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirələrini ehtiramla anıb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Pakistan İslam Respublikasının müdafiə nazirinin salamlarını çatdıran admiral M.A.X.Niazi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.