Azərbaycan-Xorvatiya əməkdaşlığı müzakirə edilib
Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov etimadnaməsini Xorvatiya prezidenti Zoran Milanoviçə təqdim edib. Prezident Zoran Milanoviç Anar İmanovu Xorvatiyaya səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
YeniAvropa xəbər verir ki, görüşdə Anar İmanov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Prezident Zoran Milanoviçə çatdırıb. Xorvatiya prezidenti də onun salamlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşün əvvəlində prezident Zoran Milanoviç ölkəmizi öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edərək, Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsi haqda kifayət qədər məlumatının olduğunu bildirən prezident, hələ 1994-cü ildə ATƏT-in missiyası çərçivəsində Azərbaycana səfər etdiklərini və gətirdikləri müxtəlif yardım ləvazimatını Heydər Əliyevlə görüşdə təqdim etdiklərini xatırladıb. Prezident Zoran Milanoviç, eyni zamandabBaş nazir olduğu dövrdə Azərbaycana gəldiyini, burada bir sıra görüşlər keçirdiyini, ümumilikdə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Prezident, eyni zamanda, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, enerji sahəsində əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyib. Son aylar Avropada enerji qiymətlərində kəskin artımın baş verməsinə diqqət çəkən Xorvatiya prezidenti ölkəsinin enerji təhlükəsizliyinin qorunmasının vacib məsələlərdən biri olduğunu bildirərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini alqışlayıb, bu xüsusda Cənubi Qaz Dəhlizinin bir qolu ola biləcək İon-Adriatik qaz kəməri layihəsinin tikintisinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Görüş zamanı Anar İmanov Azərbaycan ilə Xorvatiya arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, siyasi dialoqun aktivləşdirilməsinin, müxtəlif platformalarda qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.
Anar İmanov, həmçinin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyini, ölkəmizin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özünün icra etdiyini diqqətə çatdırıb. Səfir, işğal dövründə minalanmış ərazilərimizin təmizlənməsi üçün zaman və böyük maliyyə resurslarının tələb olunduğunu, lakin qeyd olunanlara baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə hazırda geniş bərpa və yenidənqurma işlərinin aparıldığını bildirib.
Səfir Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu üzrə böyük potensialın olduğunu deyib. Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinə cəlb etmək və bu ərazilərdə investisiya qoymaq üçün geniş imkanların mövcud olduğundan bəhs edib.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb