logo

Prezident ictimai-siyasi həyatda fəal iştirak edən bir qrup şəxsi mükafatlandırıb

16:56 30-11-2022 | icon 1099
Prezident ictimai-siyasi həyatda fəal iştirak edən bir qrup şəxsi mükafatlandırıb

Prezident İlham Əliyev noyabrın 30-da Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamlarla Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə bir nəfəri 2-ci dərəcəli “Vətənə xidmətə görə”, altı nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, əlli nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırıb.

Prezident İlham Əliyev, həmçinin beş nəfəri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.