logo

İlham Əliyev Cəlilabadda yol tikintisinə 17,2 milyon manat ayırdı

16:32 30-11-2022 | icon 1568
İlham Əliyev Cəlilabadda yol tikintisinə 17,2 milyon manat ayırdı

Prezident İlham Əliyev  noyabrın 30-da “Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7 milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon manat olmaqla, ümumilikdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon manat ayrılıb.