logo

İran millisinin baş məşqçisi istefa verib

15:11 30-11-2022 | icon 3500
İran millisinin baş məşqçisi istefa verib

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.

 YeniAvropa xəbər verir ki, portuqaliyalı mütəxəssis qərarını şəxsi "İnstagram" səhifəsində açıqlayıb.

"Futbolda mənəvi qələbələr yoxdur. Amma siz qələbə üçün istək və cəsarətlə vuruşmusunuzsa, arzularınıza çatmamaqda ayıb heç nə yoxdur. Sizinlə fəxr edirəm. Meydanda və kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf idi. Əminəm ki, siz öz ölkənizin və futbol azarkeşlərinizin imicini yüksəltməklə tam hörmətə layiqsiniz", - deyə 69 yaşlı baş məşqçi yazıb.

Qeyd edək ki, Karluş Keyroş bu ilin əvvəlində İran millisinin sükanı arxasına keçib. O, daha əvvəl 2011 - 2019-cu illərdə də Asiya təmsilçisinə rəhbərlik edib.