logo

Masallıda ağac kottecin üstünə aşdı, 34 yaşlı qadın öldü

22:47 04-08-2018 | icon 3871
Masallıda ağac kottecin üstünə aşdı, 34 yaşlı qadın öldü

Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət almış qadın dünyasını dəyişib.

YeniAvropa xəbər verir  ki, istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı xəstəxanada keçinib.

Hadisə bu gün Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan S.Mirzəyeva "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı qadının huşsuz vəziyyətdə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (Report)