logo

Bakıda Tatarıstan-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib

13:13 29-11-2022 | icon 1582
Bakıda Tatarıstan-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib

Rusiya Federasiyası Tatarıstan Respublikasının baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.

AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Bakıda keçiriləcək Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenko ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan məhsullarının ixracı, investisiya və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.