logo

DÇ-2022:3 milli komanda 1/8 final mərhələsinə yüksəlib

22:53 28-11-2022 | icon 2702
DÇ-2022:3 milli komanda 1/8 final mərhələsinə yüksəlib

Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunlarından sonra 1/8 final mərhələsinin 3 iştirakçısı bəlli olub.

YeniAvropa xəbər verir ki, D qrupundan Fransa, G qrupundan Braziliya, H qrupundan isə Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

Qeyd edək ki, digər 13 millinin adına 3-cü turun yekununda aydınlıq gələcək.