logo

Azərbaycan və Belçika sahibkarları Bakıda görüşüb

13:53 28-11-2022 | icon 1351
Azərbaycan və Belçika sahibkarları Bakıda görüşüb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Belçikanın Valloniya regionu üzrə İxrac və Sərmayə Agentliyi (AWEX) və Flandriya Sərmayə, Ticarət və İxrac Agentliyinin (FIT) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan və Belçika sahibkarları arasında görüş keçirilib.

AZPROMO-dan YeniAvropa-ya bildirilib ki,görüş Belçikada səhiyyə, enerji, nəqliyyat, kimya sənayesi, ticarət, investisiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin ölkəmizə təşkil edilən ticarət missiyası çərçivəsində təşkil olunub. Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycan-Belçika iqtisadi-ticarət əməkdaşlığından danışıb, iş adamları arasında əlaqələrin genişlənməsi üçün həyata keçirilən tədbirləri qeyd edib.

Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans ölkələrarası ticarətin inkişafının genişlənməsi, investisiyaların yatırılması və tərəfdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bildirib, analoji tədbirlərin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinə dair təqdimatlar keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.