logo

Paytaxtda dövlət müəssisəsindən oğurluq edən şəxs saxlanılıb

11:01 28-11-2022 | icon 1288
Paytaxtda dövlət müəssisəsindən oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonunda yerləşən dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərləri naməlum şəxs tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində müəssisəyə 5 min min manata yaxın maddi ziyan dəyib. Rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Aparılan araşdırmalar zamanı onun rayonda əlavə olaraq 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı da müəyyənləşdirilib. Bundan başqa, Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.

Faktlarla bağlı 15-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirili