logo

Kasım-Jomart Tokayev ilk xarici səfərinini Rusiyaya edib

09:53 28-11-2022 | icon 2527
Kasım-Jomart Tokayev ilk xarici səfərinini Rusiyaya edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfərə gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Tokayev rəsmi səfəri çərçivəsində bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Kasım-Jomart Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.

Noyabrın 26-da paytaxt Astanada Qazaxıstan prezidentinin təntənəli andiçmə mərasimi keçirilib.