logo

İsraildə səfirlik açılması Azərbaycanın milli maraqlarına əsaslanır

19:49 25-11-2022 | icon 9730
İsraildə səfirlik açılması Azərbaycanın milli maraqlarına əsaslanır

İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza əsaslanıb.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev bunu noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.

Dövlət başçısı deyib: “Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir”.