logo

Bu gün Azərbaycanda 561 doza vaksin vurulub

19:20 25-11-2022 | icon 2639
Bu gün Azərbaycanda 561 doza vaksin vurulub

Noyabrın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 561 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 235, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 920 min 621, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 353, ikinci mərhələ üzrə 4 milyon 873 min 597, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 390 min 878, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 793-dür.