logo

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxub

18:58 25-11-2022 | icon 2611
Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 41 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 824 min 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 909 nəfər müalicə olunaraq sağalıb, 9 min 975 nəfər vəfat edib. Aktiv xəstə sayı 284 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1802, bu günə qədər isə ümumilikdə 7 milyon 367 min 419 test icra olunub.