logo

Paytaxtda "Jiquli" iki "Mercedes"lə toqquşub:1 ölü, 2 yaralı var

15:55 25-11-2022 | icon 9492
Paytaxtda "Jiquli" iki "Mercedes"lə toqquşub:1 ölü, 2 yaralı var

Noyabrın 25-də saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsində Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi “VAZ-21015”, K.Bağırovun sürdüyü “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində V.Qəhrəmanov hadisə yerində ölüb, xəsarət alan iki sərnişini isə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.