logo

Heç bir xarici aktorun öz iradəsini bizə diktə etməsinə imkan verməyəcəyik-İlham Əliyev

15:35 25-11-2022 | icon 1197
Heç bir xarici aktorun öz iradəsini bizə diktə etməsinə imkan verməyəcəyik-İlham Əliyev

Biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq.

YeniAvropa xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Azərbaycan prezidenti bildirib ki, heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik.