Niderland səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Noyabrın 25-də Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Paulin Eizema Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildiriblər ki, görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın noyabrın 23-də Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən müharibə cinayətlərinin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.
Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən hələ Birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, yalnız bir gecədə 1992-ci il fevralın 26-da Xocalı şəhərində 613 mülki şəxsin xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4 minə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi diqqətə çatdırılıb. Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisinin raket hücumuna tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin keçmişdə olduğu kimi, bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam etdiyi, 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 268 vətəndaşımızın mina qurbanı olduğu qeyd olunub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktının isə Ermənistanın yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistan hökumətinin törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bu günədək heç bir əməli tədbirlər görmədiyi vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlərə ədalətli beynəlxalq qiymətin verilməsinin və bu istiqamətdə Ermənistana təzyiq göstərilməsinin zəruriliyi qeyd olunub.
Ermənistandan fərqli olaraq Azərbaycanın öz beynəlxalq öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı qeyd olunub. Sentyabrın 17-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb.
Niderland səfiri Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır