logo

Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

13:58 25-11-2022 | icon 1610
Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

Bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra noyabrın 27-si gündüzdən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, noyabrın 28-i gündüzədək şimal küləyinin əsəcəyi, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə enərək gündüz saatlarında 7-9° isti olacağı ehtimal edilir.

Qeyd edək ki, hazırda havanın temperaturu iqlim normasından 7° yüksəkdir.

Noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimal edilir.

Şimal küləyi əsəcək, noyabrın 27-28-də ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək.

Noyabrın 28-dən başlayaraq havanın temperaturunun gündən-günə enəcək. Belə ki, aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda is