logo

Avropa Komissiyası Ukraynaya 2,5 milyard avro yardımı ayırıb

18:58 22-11-2022 | icon 1400
Avropa Komissiyası Ukraynaya 2,5 milyard avro yardımı ayırıb

Avropa Komissiyası noyabrın 22-də Ukrayna hökumətinə daha 2,5 milyard avro makromaliyyə yardımı ayırıb.

YeniAvropa  xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen özünün tviter səhifəsində yazıb.

"Biz müntəzəm vəsaiti təmin etməklə 2023-cü il üçün 18 milyard avro ayırmağı planlaşdırırıq. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik", - deyə Ursula Fon der Lyayen əlavə edib.

Qeyd edək ki, Ukrayna yanvarda Avropa İttifaqından vəd edilən 3 milyard avroluq makromaliyyə yardımını ala bilər. Həmin vəsait 2023-cü il üçün 18 milyard avroluq paketin bir hissəsi olacaq.