logo

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

16:32 21-11-2022 | icon 2681
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 753 nəfər müalicə olunaraq sağalıb, 9 min 973 nəfər vəfat edib. Aktiv xəstə sayı 249 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 975, bu günə qədər isə ümumilikdə 7 milyon 358 min 931 test icra olunub.