logo

Bu gün Azərbaycanda 297 doza vaksin vurulub

16:56 20-11-2022 | icon 2758
Bu gün Azərbaycanda 297 doza vaksin vurulub

Noyabrın 20-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 297 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 65, ikinci doza vaksinlərin sayı 56, üç və daha çox doza vaksinlərin sayı 146, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 30-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 918 min 769, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 868, ikinci mərhələ üzrə 4 milyon 873 min 216, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 390 min 55, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 630-dur.