logo

İTV futbol üzrə dünya çempionatını canlı yayımlayacaq

09:49 18-11-2022 | icon 2289
İTV futbol üzrə dünya çempionatını canlı yayımlayacaq

Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start veriləcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən YeniAvropa-ya bildirilib ki,dekabrın 18-dək davam edəcək dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və İctimai Radionun efirindən canlı izləmək mümkün olacaq.

Çempionatın təntənəli açılış mərasimi noyabrın 20-də saat 18:45-də başlayacaq.

İlk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.