logo

Taekvondoçumuz dünya çempionatında bürünc medalını qazanıb

13:53 17-11-2022 | icon 1911
Taekvondoçumuz dünya çempionatında bürünc medalını qazanıb

Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında ilk medalını qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya bildirilib ki, yığmamızın aktivinə mükafatı Cavad Ağayev əlavə edib. Belə ki, 68 kiloqram çəki dərəcəsində yarışan idmançımız mundialda mübarizəyə otuz ikidəbir finaldan başlayıb. Avropa çempionumuz ilk döyüşdə tailandlı Ço Çaiçonla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn C.Ağayev növbəti döyüşdə eyni hesabla polşalı Mateuş Şzesnovskini məğlub edib.

Səkkizdəbir finalda özbəkistanlı Uluqbek Raşitova, növbəti sınağında iordaniyalı Zaid Mustafaya 2:1 hesabı ilə qalib gələn idmançımız final uğrunda cənubi koreyalı Do Yun Kvona uduzduğu üçün yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-də başa çatacaq.