Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib-2:1
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
YeniAvropa xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matç Kişineudakı "Zimbru" stadionunda baş tutub. Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan milli komandası 2:1 hesabı ilə qələbə qazanıb.
Matça fəal başlayan Azərbaycan millisi 3-cü dəqiqədə qola yaxın olub. Lakin meydan sahiblərinin qapıçısı Dmitri Çelyadnik hesabın açılmasına imkan verməyib. 7-ci dəqiqədə Höccət Haqverdinin sol ayaqla vurduğu zərbə istənilən kimi alınmayıb. Qonaqların ilk təhlükəli hücumu 11-ci dəqiqəyə təsadüf edib. Vadim Ratsenin zərbəsində dəqiqlik çatmayıb. 20-ci dəqiqədə Musa Qurbanlının vurduğu top qapıdan aralı keçib. Cəmi 8 dəqiqə sonra isə Azərbaycan millisi istəyinə çatıb. Emin Mahmudov Ramil şeydayevin sol cinahdan ötürməsini bir toxunuşla qapıdan keçirib. Bu, 30 yaşlı yarımmüdafiəçinin yığmada 9-cu qolu olub. 37-ci dəqiqədə Anton Krivotsyuk yaxın məsafədən hesabı artıra bilməyib. Onun zərbəsindən sonra top qapı tirindən meydanı tərk edib. 40-cı dəqiqədə bu dəfə Emin Mahmudovun zərbəsi qapı dirəyindən qayıdıb. 42-ci dəqiqədə Aleksey İsayev cərimə meydançasının xaricindən dəqiq zərbə ilə 2-ci topu moldovalıların qapısından keçirib. “Sabah”ın yarımmüdafiəçisi bununla milli komandada qol hesabını açıb. İlk hissə bu hesabla baa çatıb.
İkinci yarıda da hücumlarını davam etdirən Azərbaycan millisi 56-cı dəqiqədə 3-cü qolu vurmağa yaxın olub. Amma Riçard Almeydanın zərbəsi bir qədər qeyri-dəqiq alınıb. 71-ci dəqiqədə Mahir Emreli rəqib qolkiperlə üzbəüz epizodda topu qapıya göndərə bilməyib. 80-ci dəqiqədə Viktor Stınyenin zərbəsi Şahruddin Məhəmmədəliyevin üstünə gedib. 28 yaşlı 87-ci dəqiqədə isə Virciliu Postolakinin vurduğu topu əla sıçrayışla dəf edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.
Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək