logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

09:59 16-11-2022 | icon 1120
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 43 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.