logo

Ukraynanın bütün ərazisi zülmətə qərq olub

21:52 15-11-2022 | icon 1393
Ukraynanın bütün ərazisi zülmətə qərq olub

Bu gün Kiyevin ardınca Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

"Energetiklər bütün Ukraynada, eləcə də paytaxtda işığı fövqəladə surətdə kəsməyə başlayıblar. Bu, enerji sisteminin balanslaşdırılmasına və avadanlıqların sıradan çıxmasının qarşısını almağa yönəlmiş zəruri addımdır", - deyə paytaxt meri  "Telegram" kanalında yazıb.

O, bildirib ki, Kiyevdə istehlakçıların ən azı yarısı işıqsız qalıb.

Çərşənbə axşamı günü Ukraynanın bütün regionlarında hava həyəcanı elan edilib.