logo

Yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

17:31 15-11-2022 | icon 1120
Yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

İyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırmalarla müəyyənləşdirilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.