logo

Şuşada 7 qazanxana tikilib

11:55 15-11-2022 | icon 1512
Şuşada 7 qazanxana tikilib

Prezident İlham Əliyevin 2021-ci il 8 may tarixli “Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən Energetika Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla gücü 8110 kVt/saat olan 7 qazanxana və bir istilik məntəqəsi tikilib.

 YeniAvropa xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirilən brifinqdə deyib.

O bildirib ki, müxtəlif təyinatlı 16 binanın məhəllədaxili, həmçinin binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb.