logo

Zelenski "G20" sammitində Rusiya ilə müharibənin dayandırılması şərtlərini açıqlayıb

10:50 15-11-2022 | icon 1617
Zelenski "G20" sammitində Rusiya ilə müharibənin dayandırılması şərtlərini açıqlayıb

“Rusiya öz qoşunlarını 1991-ci il sərhədlərinə qaytaracağı və dəymiş ziyana görə kompensasiya ödəyəcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibə başa çata bilər”.

YeniAvropa  “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "G20" sammitinin iştirakçılarına videomüraciətində deyib.

O, dünya ictimaiyyətini “Rusiya təcavüzü”nün təkrarlanmasının qarşısını almaq üçün “postmüharibə dövrünün təhlükəsizlik arxitekturasının əsas elementini formalaşdırmağa” çağırıb.

“Müharibə əleyhinə bütün tədbirlər həyata keçirildikdən sonra tərəflər arasında müharibənin başa çatdığını təsdiq edən sənəd imzalanmalıdır", - deyə Ukrayna lideri vurğulayıb.

Ukrayna prezidenti çıxışı boyunca Rusiyanı "Böyük İyirmilik" siyahıdan çıxarmaqla "G19" formatının yaradılmasının vacibliyini bildirib. O, nüvə şantajına heç bir bəraət qazandırmadıqlarına görə bu ölkələrə təşəkkürünü bildirib.

Daha sonra Volodimir Zelenski özünün "Telegram" səhifəsində müharibənin dayandırılması üçün şərtlərin daha geniş siyahısını paylaşıb: radiasiya və nüvə təhlükəsizliyi, ərzaq, enerji təhlükəsizliyi, bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi, BMT Nizamnaməsinin həyata keçirilməsi, ərazi bütövlüyünün və dünya nizamının bərpası.

V.Zelenskinin sözlərinə görə, digər şərtlər sırasına Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və hərbi əməliyyatların dayandırılması, eskalasiyanın qarşısının alınması və s. daxildir.