logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

11:55 14-11-2022 | icon 1071
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə  ölkə ərazisində törədilmiş 83 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.