logo

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

10:30 14-11-2022 | icon 1085
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, saxlanılan rayon sakinləri Firudin İlyasov və Novruz İlyasovdan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.