logo

Milli Məclisin deputatı Dünya İqlim Sammitində iştirak

14:14 12-11-2022 | icon 1351
Milli Məclisin deputatı Dünya İqlim Sammitində iştirak

Milli Məclisin deputatı Ramin Məmmədov noyabrın 13-14-də Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim dəyişikliyi Konfransı çərçivəsində keçiriləcək Dünya İqlim Sammitində iştirak edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə təmiz iqtisadiyyata keçid, bu sahədə əməkdaşlıq, İqlim dəyişikliyi üzrə Paris Anlaşması çərçivəsində təyin edilmiş məqsədlərə nail olmaq üçün bu sahədəki öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər noyabrın 15-də başa çatacaq.