logo

Meyxanaçı Rəşad Dağlı 4 aylıq həbs edilib

20:30 10-11-2022 | icon 1323
Meyxanaçı Rəşad Dağlı 4 aylıq həbs edilib

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə qərar Qaradağ rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Məhkəməsində istintaq materialları elan edilərkən bəlli olub ki, Rəşad Dağlı tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Prosesdə meyxanaçı özünü təqsirli bilib.

O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.