logo

Sinoptiklərdən xəbərdarlıq: Sabahdan ölkə ərazisində intensiv yağış yağacaq

18:28 10-11-2022 | icon 1365
Sinoptiklərdən xəbərdarlıq: Sabahdan ölkə ərazisində intensiv yağış yağacaq

Noyabrın 11-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.