logo

Faydalı qazıntı yataqları hərracda satışa çıxarılır

14:14 10-11-2022 | icon 1960
Faydalı qazıntı yataqları hərracda satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, hərracda 1 lot üzrə Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, hər biri 4 lot üzrə Qaradağ rayonu “Gülbaxt” və “Vulkan” mişar daşı yataqları satışa çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış olmaq mümkündür.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.

Elanda göstərilən sənədlər dekabrın 7-si saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.