logo

Rusiya Ukrayna müharibəsində 77 mindən çox hərbçisini itirib

09:19 10-11-2022 | icon 1631
Rusiya Ukrayna müharibəsində 77 mindən çox hərbçisini itirib

Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox hərbçisi ölüb və yaralanıb.

YeniAvropa xəbər verir ki, bu barədə "BBC" ABŞ-ın Qərargah rəisləri birliyi komitəsinin başçısı general Mark Milliyə istinadla məlumat yayıb. 

Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın 40 minə yaxın dinc sakini ölüb.

Qeyd edək ki, Ukrayna Baş Qərargahının noyabrın 9-na olan məlumatına əsasən, Rusiya 77 mindən çox hərbçi itirib.

Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə sentyabrın 21-də itkilərinin sayını açıqlayıb. Nazirlik 5 937 hərbçisinin öldüyünü bildirib.