logo

Rusiya Ukraynada Əfqanıstandan qat-qat çox itki verib

13:31 09-11-2022 | icon 1995
Rusiya Ukraynada Əfqanıstandan qat-qat çox itki verib

“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”.

YeniAvropa “Ukrinform”a istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin  müavini Kolin Kal deyib.

O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”.

K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı savaş bu ilin fevral ayında başlayıb.