logo

Noyabrın 15-dən istilik mövsümü başlayır-"Azəristiliktəchizat" 

13:58 08-11-2022 | icon 1638
Noyabrın 15-dən istilik mövsümü başlayır-"Azəristiliktəchizat" 

2022-2023-cü illər istilik mövsümündə ümumilikdə 564 qazanxana, 88 istilik məntəqəsi və 2 yüksək nasos stansiyası istismar edilməklə istehlakçıların istiliklə təmin edilməsi planlaşdırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin yaydığı açıqlamada bildirlib.

Qeyd edilib ki, yeni istilik mövsümündə su itkisi yarana biləcək istilik xətlərinin yeniləri ilə əvəz edilməsi işlərini yekunlaşdırıb.

Səhmdar cəmiyyətə məxsus qazanxanalardakı nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki, habelə kimyəvi üsulla təmizlənib. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib.

"Azəristiliktəchizat" xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixlərini bu sahədə mövcud olan Tikinti Norma və Qaydalar əsas götürülməklə, xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.