logo

BMT Ukraynada müharibədə ölən dinc sakinlərin sayını açıqlayıb

12:52 08-11-2022 | icon 1981
BMT Ukraynada müharibədə ölən dinc sakinlərin sayını açıqlayıb

Rusiyanın Ukrayanda apardığı müharibə nəticəsində azı 6490 dinc sakin ölüb, 9972 mülki vətəndaş isə yaralanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə müharibə nəticəsində mülki insanlardan 2 533 kişi, 1731 qadın, 201 oğlan və 168 qız ölüb.

Bundan əlavə öldürülən 34 uşaq və 1828 yaşlının cinsini hələ müəyyən etmək mümkün olmayıb.